Kiyevdə Türkdilli ölkələrin ortaq diaspor mərkəzi açılıb

Posted by

Kiyevdə Türkdilli ölkələrin ortaq diaspor mərkəzi açılıbKiyevdə Türkdilli ölkələrin ortaq diaspor mərkəzi açılıb

Kiyevdə Türkdilli ölkələrin ortaq diaspor mərkəzi açılıb

Kiyevdə Türkdilli ölkələrin ortaq diaspor mərkəzinin açılışı olub.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dekabrın 24-də Kiyevdə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun mərkəzi ofisi və Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına daxil olan ölkələrin ilk ortaq regional diaspor mərkəzinin açılışı olub.

 

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi, Türk Şurasının fəaliyyətdə olan sədri Ramil Həsənov, Türkiyənin Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Yönet Can Tezel və Kiyev merinin müşaviri Boqdan Balasinoviçin qırmızı lenti kəsməsindən sonra qonaqların iştirakı ilə toplantı keçirilib. Toplantıda çıxış edən R.Həsənov təmsil etdiyi qurum haqqında məlumat verib, ortaq diaspor mərkəzinin açılması istiqamətində Şuranın bu günədək gördüyü işlərdən danışıb.

 

O, dövlət rəhbərlərimizin hər zaman türk xalqları arasında birliyin gücləndirilməsinə böyük önəm verdiyini, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının IV zirvə görüşündə regional diaspor mərkəzlərinin yaradılması məsələsini müzakirə edildiyini deyib: “Bu gün qurduğumuz regional diaspor mərkəzi türkdilli ölkələrin beynəlxalq mövqeyinin gücləndirilməsi, türkdilli dövlət və xalqların mədəniyyətinin, dəyələrinin tanıdılması, müsbət imicin formalaşdırılması, sosial-siyasi baxımdan fəallığın artırılması, bu xalqların digər ölkələrdəki maraqlarının müdafiəsi, Türk dünyasının əleyhinə aparılan təbliğat kampaniyalarının qarşısının alınması, türk xalqlarının qarşılaşdığı problemlərlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində önəmli addımlar atacaq”.

 

Şuranın baş katibi ortaq diaspor mərkəzinin açılmasına göstərdiyi dəstəyə görə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib.

 

Mərkəz türkdilli ölkələrin diaspor istiqamətində fəaliyyət göstərən dövlət qurumlarının nümayəndələri və Ukraynadakı türkdilli diaspor təşkilatlarının üzvlərindən ibarət qurum olacaq və Şuraya üzv olan ölkə təmsilçilərinin daxil olduğu İdarə Heyəti tərəfindən idarə olunacaq.

 

Tədbirdə Qazaxıstanın Ukraynadakı səfiri Zautbek Turisbekov, Qırğızıstanın Ukraynadakı səfiri Ulukbek Çinaliyev, Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Nazim Əliyev, Türkiyənin Yurtdışı Türklər və Akraba Toplulukları Başqanlığının sədr müavini Mehmet Köse, Krım Tatarları Məclis Başqanı Refat Cubarov, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun və digər türkdilli ölkələrin diaspor nümayəndələri iştirak ediblər.

 

Çıxış edənlər türkdilli xalqların regional diaspor mərkəzinin önəmini vurğulayaraq, mərkəzin diasporlar arasında koordinasiyanı təmin edəcəyini bildiriblər.

 

Trend.az