Azərbaycan Prezidenti İlham Əliyev ABŞ senatorunun və konqresmeninin başçılıq etdikləri nümayəndə heyətini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 28-də Birləşmiş Ştatların Missisipi ştatından olan respublikaçı senator Rocer Uikerin və Nyu Cersi ştatından olan respublikaçı konqresmen Kristofer Smitin başçılıq etdikləri ABŞ nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycan Respublikası ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi, ATƏT Parlament Assambleyasının Bakıda keçirilən iyirmi üçüncü illik sessiyasının əhəmiyyətinə toxunularaq tədbirdə səmərəli müzakirələrin aparılacağı əminliklə qeyd olundu.
Söhbət zamanı ikitərəfli münasibətlərimizin müxtəlif sahələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, ATƏT Parlament Assambleyası çərçivəsində əməkdaşlığımız ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
AzərTac.az