Azərbaycan Ordusunun hərbçisi döyüş postunda şəhid olub

Posted by

Azərbaycan Ordusunun hərbçisi döyüş postunda şəhid olub

 

Noyabrın 20-də saat 12.45 radələrində erməni silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozublar.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Düşmənlə atışmada Silahlı Qüvvələrimizin 1995-ci ildə Astara rayonunda anadan olan əsgəri Əzizov Rüstəm İzzət oğlu döyüş postunda şəhid olub.

 

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

 

Trend.az