Vergilər naziri Kürdəmirdə vətəndaşları qəbul edib

Posted by

Vergilər naziri Kürdəmirdə vətəndaşları qəbul edibVergilər naziri Kürdəmirdə vətəndaşları qəbul edib

Vergilər naziri Kürdəmirdə vətəndaşları qəbul edib

Vergilər naziri Fazil Məmmədov Kürdəmirdə vətəndaşları qəbul edib.

 

Vergilər Nazirliyinin Analitik informasiya şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bu gün vergilər naziri Fazil Məmmədov Kürdəmir Olimpiya İdman Kompleksində Kürdəmir, Ucar və Zərdab rayonlarından olan vətəndaşlarla görüşüb.

 

Vergilərin hesablanması, ödənilməsi, nəzarət-kassa aparatlarının tətbiqi, pos-terminalların quraşdırılması, əmək müqavilələrin bağlanması, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, əmək haqqı fondundan ödənilən icbari ödənişlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi orqanlarına işə qəbul, yerli (bələdiyyə) vergilərin toplanması prosesində rast gəlinən müxtəlif çətinliklər və digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılıb.

 

Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, müraciətlərin bir qismi nəzarətə götürülüb, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

 

Apa.az