Azərbaycan Avropa üçün önəmli ölkədir

Posted by

Azərbaycan Avropa üçün önəmli ölkədir

 

Azərbaycan Avropa üçün önəmli ölkədir

Azərbaycan Avropa üçün önəmli ölkədir

 

Yanvarın 15-də Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov İsveç Krallığının Xarici İşlər Naziri Karl Bildtlə görüşmüşdür.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, görüşdə A.Məmmədov Azərbaycanda gedən iqtisadi inkişafdan, dövlət quruculuğu sahəsində aparılan siyasi-hüquqi islahatlardan danışmışdır. Azərbaycanın milli və dini ayrı-seçkiliyin olmadığı tolerant ölkə olduğunu vurğulamışdır.

Səfir Azərbaycan-Avropa münasibətləri, həmçinin ölkəmizin bu qitənin enerji təhlükəsizliyində rolu ilə bağlı nazirə məlumat vermişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan A.Məmmədov bu problemin təkcə ölkəmizin deyil, bütövlükdə regionun inkişafına mənfi təsir göstərdiyini qeyd etmiş, Avropanın bu məsələyə daha çox diqqət yetirməsinin vacibliyi vurğulanmışdır.

Sonra Azərbaycan-İsveç münasibətləri müzakirə olunmuş, həllini gözləyən məsələlərlə bağlı fikir mübadiləsi aparmışlar.

Nazir Karl Bildt Azərbaycanın təkcə İsveç üçün deyil, bütövlükdə Avropa üçün önəmli bir ölkə olduğunu vurğulamışdır. Ölkələrimiz arasında əməkdaşlığın inkişafının İsveç üçün əhəmiyyət kəsb etdiyini bildirilmişdir.