Avropa Parlamenti: “Şərq tərəfdaşlığı” üzvü olan bir ölkənin digərinin ərazisini işğal etməsi əsas prinsiplərə ziddir

Posted by

Avropa Parlamenti: "Şərq tərəfdaşlığı" üzvü olan bir ölkənin digərinin ərazisini işğal etməsi əsas prinsiplərə ziddirAvropa Parlamenti: “Şərq tərəfdaşlığı” üzvü olan bir ölkənin digərinin ərazisini işğal etməsi əsas prinsiplərə ziddir

Avropa Parlamenti: "Şərq tərəfdaşlığı" üzvü olan bir ölkənin digərinin ərazisini işğal etməsi əsas prinsiplərə ziddir

“Avropa Parlamentinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi ondan ibarətdir ki, “Şərq tərəfdaşlığı” üzvü olan bir ölkənin digərinin ərazisini işğal etməsi “Şərq tərəfdaşlığı”nın əsas prinsiplərinə ziddir”.

 

Benilüks Azərbaycanlıları Konqresindən (BAK) APA-ya verilən məlumata görə, bu barədə Avropa Parlamentinin Şərq Tərəfdaşlığı və Rusiya bölməsinin beynəlxalq məsələlər şöbəsinin rəhbəri Filip Kamaris BAK sədri Sahil Qasımova ünvanladığı cavab məktubda deyilir.

 

F. Kamaris qeyd edib ki, Qarabağ münaqişəsi BMT-nin 4 müvafiq qətnaməsi və ATƏT-in Minsk qrupunun həmsədr ölkələri liderlərinin 2009-cu ildə Akvildə imzaladığı sənəddə göstərilən prinsiplər əsasında həll olunmalıdır.

 

Qeyd edək ki, Benilüks (Niderland, Belçika və Lüksemburq) ölkələrində yaşayan azərbaycanlılar adından Avropa Parlamenti deputatlarının aprel ayında “erməni soyqırımı” ilə bağlı imza atdıqları qətnaməyə etiraz olaraq qurum rəhbərliyinə etiraz məktubu göndərilib.

 

Apa.az