ATƏT-in qoşunların təmas xəttində keçirdiyi monitorinq insidentsiz başa çatıb

Posted by

ATƏT-in qoşunların təmas xəttində keçirdiyi monitorinq insidentsiz başa çatıb

ATƏT-in qoşunların təmas xəttində keçirdiyi monitorinq insidentsiz başa çatıbATƏT-in qoşunların təmas xəttində keçirdiyi monitorinq insidentsiz başa çatıb

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Azərbaycan Respublikasının Tovuz rayonunun Koxanəbi kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlunun APA-ya verdiyi məlumata görə, monitorinq insidentsiz başa çatıb.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsinin səhra köməkçisi Xristo Xristov və maliyyə administrasiyasının rəhbəri Piter Svedberq, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Uilyam Prayor keçiriblər.