ARDNŞ: DESFA-nın səhmlərinin alınması prosesinin başa çatdırılması üçün Avropa Komissiya ilə konstruktiv əməkdaşlığı davam etdirəcəyik

Posted by

ARDNŞ: DESFA-nın səhmlərinin alınması prosesinin başa çatdırılması üçün Avropa Komissiya ilə konstruktiv əməkdaşlığı davam etdirəcəyikARDNŞ: DESFA-nın səhmlərinin alınması prosesinin başa çatdırılması üçün Avropa Komissiya ilə konstruktiv əməkdaşlığı davam etdirəcəyik

ARDNŞ: DESFA-nın səhmlərinin alınması prosesinin başa çatdırılması üçün Avropa Komissiya ilə konstruktiv əməkdaşlığı davam etdirəcəyik

Yunanıstanın DESFA şirkətinə məxsus səhmlərin Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən alınması məsələsinin Avropa Komissiyası tərəfindən araşdırılması üçün ikinci mərhələnin açılması müstəsna hal deyil.

 

“APA-Economics”in məlumatına görə, bunu ARDNŞ-in prezidenti Rövnəq Abdullayev Yunanıstanın “İmerissia” qəzetinə müsahibəsində bildirib.

 

R. Abdullayevin sözlərinə görə, bu kimi hadisələrə Avropa Komissiyasının şirkətlərin birləşməsinə nəzarət prosedurunda tez-tez rast gəlinir.

 

O, bildirib ki, ARDNŞ komissiyanın bu prosesdə sərf etdiyi və gələcəkdə sərf edəcəyi zaman, səy və resursları yüksək qiymətləndirir: “Biz qısa müddət ərzində prosesin başa çatdırılması üçün komissiya ilə konstruktiv əməkdaşlığı davam etdirəcəyik”.

 

ARDNŞ prezidenti deyib ki, ARDNŞ razılaşmanın təsdiq edilməsi üçün daim əlindən gələni edib və göstərilən səylər Yunanıstan hökuməti və Avropa Komissiyası tərəfindən müsbət qarşılanıb: “Bu səbəbdən əminik ki, Avropa Komissiyasının Müsabiqə Direktoratı ikinci mərhələdə aparılacaq araşdırmaların nəticələrindən razı qalacaq. Hazırda, hipotetik məsələləri düşünmək üçün heç bir əsas yoxdur. Ümid edirik ki, DESFA şirkətinə məxsus səhmlərin alınması vaxtında başa çatdırılacaq və bütün tərəflər gələcəkdə uğurlu əməkdaşlıq imkanlarından faydalana biləcəklər. Bildiyiniz kimi, iri beynəlxalq şirkətlər konsorsiumu olan TAP, DESFA ilə müstəqil şəkildə Əməkdaşlıq Haqqında Saziş imzalayıb və layihə Yunanıstanda çox yaxşı inkişaf edir ”.

 

Apa.az