AŞPA sədri Azərbaycana gəlir
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri, xanım Anna Brassör (Anne Brasseur) mayın 22-də Azərbaycana səfər edəcək.
Bu barədə APA-nın Avropa müxbirinə AŞPA-nın mətbuat katibliyindən məlumat verilib.
Səfərin məqsədi mayın 23-də AŞPA-nın Bakıda keçiriləcək Daimi Komitəsinin iclasında iştirak etməkdir.
AŞPA sədrinin səfər çərçivəsində bir sıra yüksək səviyyəli şəxslərlə görüşləri də nəzərdə tutulub.
O, mayın 22-də Azərbaycan prezidenti, baş naziri, xarici işlər naziri və Milli Məclisin sədrləri ilə görüşəcək.
Xanım Brassör mayın 23-də jurnalistlər üçün mətbuat konfransı da keçirəcək.
Apa.az