Azərbaycanda hakimiyyəti zorla ələ keçirmə və silahlı qiyama görə cəzalar ağırlaşdırılır

Posted by

Azərbaycanda hakimiyyəti zorla ələ keçirməyə və silahlı qiyama görə cəzalar xeyli sərtləşdirilir.

Milli Məclisdən APA-ya verilən məlumata görə, Azərbaycan Prezidenti tərəfindən bununla bağlı Cinayət Məcəlləsinin 278 və 280-ci maddələrinə dəyişiklik təklif olunur.

278-ci maddəyə təklif olunan dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsi, yaxud hakimiyyətin zorla saxlanılması, habelə dövlətin Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər 12 ildən 20 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Eyni cəzalar 280-ci maddəyə (silahlı qiyam) – Azərbaycan Respublikasının Konstitusiya quruluşunu zorla dəyişdirmək və ya Azərbaycan Respublikasının ərazi bütövlüyünü parçalamaq məqsədilə silahlı qiyam təşkil etmə və ya qiyamda fəal iştirak etməyə görə də tətbiq ediləcək.

Hazırda hər iki maddəyə görə cəzalar 10 ildən 15 ilə qədərdir.

Apa.az