FHN BMT-nin Azərbaycandakı nümayəndəliyinin inzibati binasında taktiki-xüsusi təlim keçib

Posted by

FHN BMT-nin Azərbaycandakı nümayəndəliyinin inzibati binasında taktiki-xüsusi təlim keçib

FHN BMT-nin Azərbaycandakı nümayəndəliyinin inzibati binasında taktiki-xüsusi təlim keçib

FHN BMT-nin Azərbaycandakı nümayəndəliyinin inzibati binasında taktiki-xüsusi təlim keçib

BMT-nin Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü ilə mayın 20-də nümayəndəliyin Bakı şəhəri, Səbail rayonu, BMT-nin 50 illiyi küçəsi ünvanında yerləşən inzibati binasında Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) qurumlarının iştirakı ilə taktiki-xüsusi təlim keçirilib.

 

FHN-in mətbuat xidmətindən Trend-ə bildiriblər ki, təlimin keçirilməsində əsas məqsəd nümayəndəliyin yanğın zamanı fəaliyyət planının reallığının yoxlanılması, nümayəndəliyin əməkdaşlarına yanğın hadisəsi zamanı fəaliyyət üzrə əməli vərdişlərin aşılanması, Fövqəladə Hallar Nazirliyinin xilasetmə və yanğınsöndürmə bölmələrinin şəxsi heyətinin nümayəndəliyin ərazisində baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi sahəsində təcrübələrinin artırılmasından ibarət olub.

 

Təlimə başlamazdan əvvəl nazirliyin Dövlət Yanğın Nəzarəti və Tibb xidmətlərinin əməkdaşları tərəfindən nümayəndəliyin əməkdaşları ilə “Xəsarət alanlara ilkin tibbi yardımın göstərilməsi” və “Yanğın zamanı davranış qaydaları” mövzularında məşğələlər keçirilib.

 

Təlim ssenariyə uyğun olaraq saat 11:00-da BMT-nin Azərbaycandakı nümayəndəliyinin inzibati binasında yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə məlumatın daxil olması ilə başlayıb. Nümayəndəliyin əməkdaşları tərəfindən inzibati binada olan insanların təhlükəsiz əraziyə təxliyyəsi və ilkin yanğınsöndürmə vasitələri tətbiq edilməklə yanğının yayılmasının qarşısının alınması üzrə tədbirlər yerinə yetirilib.

 

Daxil olmuş məlumat əsasında Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə, xilasetmə və tibbi yardım qüvvələri şərti hadisə yerinə cəlb olunub.

 

Yaranmış vəziyyətin qiymətləndirilməsi məqsədi ilə şərti hadisə yerinə ilk növbədə daxil olan motoxilasedici qrup tərəfindən kəşfiyyat tədbirləri həyata keçirilib, nazirliyin 112 xidməti və hadisə yerinə cəlb olunan bölmələrin rəhbərləri əməliyyat şəraiti barədə məlumatlandırılıb. Təlim zamanı nazirliyin Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə və Tibb xidmətlərinin qüvvələri tərəfindən birgə fəaliyyətdə şərti hadisə yerində insanların xilas olunması, xəsarət alanlara ilkin tibbi yardımın göstərilməsi və onların aidiyyəti tibb müəssisələrinə təxliyyəsi, yanğının söndürülməsi üzrə tədbirlər nümayiş etdirilib.

Təlimin gedişində şərti olaraq 1 nəfər aşağı ətrafların sınıq xəsarəti almış və 1 nəfər tüstüdən zəhərlənməyə məruz qalmış şəxsə tibbi yardım göstərilməklə tibb müəssisələrinə təxliyyəsi təmin edilib. Binanın yuxarı mərtəbələrində köməksiz vəziyyətdə qalmış insanların xilas edilməsi üçün avtonərdivan tətbiq edilib, eyni zamanda, ərazidə hava yastığı açılıb.

 

Hadisə yerinə cəlb olunmuş qüvvə və vasitələrin idarə olunması məqsədi ilə ərazidə FHN-in əməliyyat qərargahı açılıb.

 

Təlimin I mərhələsi ssenariyə uyğun olaraq nümayəndəlik və nazirliyin mətbuat xidməti tərəfindən ictimaiyyətin baş vermiş hadisə barədə məlumatlandırılması ilə başa çatıb.

 

Təlim II mərhələdə yanğın təhlükəsizliyi və təlimlə bağlı müzakirələrin aparılması ilə davam edib.

 

Təlim zamanı qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Qeyd edək ki, nümayəndəliyin Bakı şəhərində fəaliyyət göstərən digər agentliklərində fövqəladə hadisələr zamanı fəaliyyət sahəsinə aid olan mövzularda məşqlərin keçirilməsinin davam etdirilməsi nəzərdə tutulur.

 

Trend.az