ADA Universiteti əfqan dövlət rəsmiləri üçün yeni təlim kurslarına başlayıb

Posted by

ADA Universiteti əfqan dövlət rəsmiləri üçün yeni təlim kurslarına başlayıbADA Universiteti əfqan dövlət rəsmiləri üçün yeni təlim kurslarına başlayıb

ADA Universiteti əfqan dövlət rəsmiləri üçün yeni təlim kurslarına başlayıb

ADA Universitetinin İxtisasartırma Proqramı Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzi, Latviyanın Xarici İşlər Nazirliyi və İsveçrənin Azərbaycandakı səfirliyi ilə birgə həyata keçirdiyi əfqan dövlət rəsmiləri üçün “Keçid dövründə dövlət quruculuğu” adlı 5-ci Bakı kursuna start verilib.

Universitetin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, oktyabrın 20-29-da keçiriləcək təlim kursunun rəsmi açılışında ADA Universitetinin rektoru Hafiz Paşayev, İsveçrənin Azərbaycandakı səfiri Paskal Obişer, Latviyanın Azərbaycandakı səfiri Hardiys Baumanis və Əfqanıstanın ölkəmizdəki müvəqqəti işlər vəkili Miraslam Vazeri iştirak ediblər.

Rektor Hafiz Paşayev açılış mərasimində çıxış edərək deyib ki, təlim kursları zamanı 20 əfqan dövlət rəsmisi fərqli sistemlər çərçivəsində gender, sülh və ədalət, medianın idarə edilməsi, keçid dövründə insan hüquqları, hökumət və ədalət sistemləri daxilində korrupsiya ilə mübarizə, təhsil, vətəndaş cəmiyyəti, insan təhlükəsizliyi, vətəndaş hərəkatları və ekstremizmlə mübarizə kimi mövzular ətrafında məlumatlandırılacaqlar. Eyni zamanda, iştirakçılar ADA-nın kampusu və Bakının bir sıra tarixi əhəmiyyətli yerləri ilə də tanış olmaq imkanı əldə edəcəklər.

Təlim kurslarının sonunda iştirakçılar sertifikatla təltif olunacaqlar.

 

AzərTac.az