Kiyevdə Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş tədbir keçirilib

Posted by

Kiyevdə Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş tədbir keçirilibKiyevdə Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş tədbir keçirilib

Kiyevdə Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş tədbir keçirilib

Ukrayna Azərbaycanlı Gənclər İttifaqının (UAGİ) Gənclər Mərkəzində Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr olunmuş tədbir keçirilib. Bu barədə AzərTAc-a UAGİ-nin mətbuat xidmətində məlumat verilib.

UAGİ idarə heyətinin üzvü Aysel Nağıyeva tədbiri açaraq qeyd edib ki, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müxtəlif sahələrdə, o cümlədən əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti sahəsində sürətlə inkişaf edir.

Sonra Azərbaycanın Ukraynadakı səfirliyinin birinci katibi Sübhan Hüseynli çıxış edib. O, həmvətənlərimizi səfir Eynulla Mədətlinin adından və şəxsən öz adından təbrik edərək vurğulayıb ki, Azərbaycan rəhbərliyinin uğurlu daxili siyasəti, habelə düzgün işlənib hazırlanmış xarici siyasət xətti müstəqilliyin 23 ili ərzində Azərbaycanın regionda lider dövlətə və beynəlxalq həyatın fəal iştirakçısına çevrilməsinə imkan verib.

Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyev, Ukrayna Azərbaycanlılar Konqresinin təsisçilərindən biri Akif Gülməmmədov, Səməd Vurğun adına Kiyev kütləvi kitabxanasının direktoru, III Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı Qalina Çebotaryova, Ukrayna Gənclər Forumunun rəhbəri Stanislav Kutsenko, Ümumukrayna Gənclər Assambleyasının fəal üzvü Anastasiya Yasır, digər ictimai qurumların və gənclər təşkilatlarının nümayəndələri də tədbir iştirakçılarını Azərbaycanın dövlət bayramı münasibətilə səmimi təbrik ediblər.

Tədbirdə müasir Azərbaycan haqqında respublikamızın paytaxtının və regionların fəal inkişafını göstərən videoçarx nümayiş etdirilib.

 

AzərTac.az