Səhiyyə naziri Qubada vətəndaşları qəbul edəcək

Posted by

Səhiyyə naziri Qubada vətəndaşları qəbul edəcək

Səhiyyə naziri Qubada vətəndaşları qəbul edəcək

Səhiyyə naziri Qubada vətəndaşları qəbul edəcək

Səhiyyə naziri Oqtay Şirəliyev mayın 14-də saat 11:00-da Quba Diaqnostika Mərkəzində vətəndaşlar üçün qəbul keçirəcək. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, nazir Qubada yaşayan vətəndaşlarla yanaşı Qusar, Xaçmaz, Şabran, Siyəzən, Qubadlı rayonlarından olan şəxslərin və Sumqayıt şəhər sakinlərinin də səhiyyə sahəsinə dair maraqlandıran suallarını cavablandıracaq.

 

Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.

 

Qəbula yazılmaq istəyən vətəndaşlar Quba Diaqnostika Mərkəzində qeydiyyatdan keçə bilərlər.

 

Apa.az