Vergilər Nazirliyinin göstərdiyi elektron xidmətlərin sayı 54-ə çatıb

Posted by

Vergilər Nazirliyinin göstərdiyi elektron xidmətlərin sayı 54-ə çatıb

Vergilər Nazirliyinin göstərdiyi elektron xidmətlərin sayı 54-ə çatıb

Vergilər Nazirliyinin göstərdiyi elektron xidmətlərin sayı 54-ə çatıb

Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərin sayı 54-ə çatıb.

 

Nazirliyin Analitik informasiya şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının icrasını təmin etmək məqsədilə Vergilər Nazirliyi tərəfindən göstərilməsi nəzərdə tutulan 60 elektron xidmətdən 2012-2013-cü illərdə istifadəyə verilmiş 51 növü üzrə inzibati reqlamentlər “Hüquqi Aktların Dövlət Reyestrin”də elektron variantda dərc edilib.

 

“Vergi partnyorluğu Sazişi”nin bağlanması üçün ərizələrin qəbulu”, “Cari vergi ödəmələrinin hesablanması haqqında arayış”ın təqdim edilməsi və “Azərbaycan Respublikasında kommersiya hüquqi şəxslərin dövət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə kommersiya hüquqi şəxsin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunması ilə bağlı müraciətlərin qəbulu və dərcolunma faktını təsdiq edən sənədin verilməsi” üzrə elektron xidmətlərin göstərilməsinə başlanılması ilə əlaqədar müvafiq inzibati reqlamentlərin layihələri hazırlanaraq, elektron xidmətlər reyestrinin operatoru funksiyalarını həyata keçirən Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırılıb.

 

Elektron xidmətlərin istifadəçiləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin eyniləşdirilmə nömrəsi (VÖEN) almış hüquqi və fiziki şəxslərdir. Xidmət interaktiv qaydada ödənişsiz həyata keçirilir və http://www.e-taxes.gov.az, http://www.e-gov.az, ünvanlarında istifadəçilərə təqdim olunur.

 

Apa.az