Azərbaycan səfiri etimadnaməsini Norveç Kralına təqdim etmişdir

Posted by

Azərbaycan səfiri etimadnaməsini Norveç Kralına təqdim etmişdir

Azərbaycan səfiri etimadnaməsini Norveç Kralına təqdim etmişdir

Azərbaycan səfiri etimadnaməsini Norveç Kralına təqdim etmişdir

Azərbaycan Respublikasının İsveç Krallığındakı səfiri Adış Məmmədov eyni zamanda Norveç Krallığında səfir təyin edilməsi ilə əlaqədar etimadnaməsini bu ölkənin Kralı V Heralda təqdim etmişdir.

Görüşdə A.Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Kral V Heralda çatdırmışdır. Azərbaycan-Norveç münasibətlərindən danışan A.Məmmədov Azərbaycanın bu ölkədə səfiri kimi çalışacağı müddətdə siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirmişdir.

Kral V Herald öz növbəsində iki ölkə arasındakı iqtisadi münasibətlərdən danışmış, xüsusilə “Statoil” şirkətinin Azərbaycandakı fəaliyyətini məmnunluqla vurğulamışdır. O, ölkəsinin Azərbaycan ilə müxtəlif sahələrdə əməkdaşlığını davam etdirmək və təcrübəsini bölüşməkdə maraqlı olduğunu bildirmişdir.

Səfir A.Məmmədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da ətraflı məlumat vermişdir. Diplomat postsovet məkanında baş verən hərbi-siyasi münaqişələrlə bağlı, Kral V Herald ilə geniş fikir mübadiləsi aparmışdır.

Görüşün sonunda Kral V Herald salamlarının və ən xoş arzularının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çatdırılmasını xahiş etmiş və səfir A.Məmmədova diplomatik fəaliyyətində uğurlar arzulamışdır.

 

AzərTac.az