Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı 1,663 mln. nəfərə çatıb
Bu il fevralın 1-ə olan məlumata əsasən, Azərbaycan üzrə təbii qazla təmin edilən abonentlərin sayı 1 662 927-ə çatıb. “APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin məlumatında deyilir.
Abonentlərin 1 642 758-i əhali, 20169-u isə qeyri-əhali sektoruna aiddir. Abonentlərin 707 221-i Bakı şəhəri (696 963 əhali, 10 258 qeyri-əhali abonenti), 955 706-sı isə regionların (945 795 əhali, 9 911 qeyri-əhali abonenti) payına düşür.
Bu ilin yanvar ayı ərzində əhali sektoru üzrə 13 759 yeni abonent qeydiyyata alınıb ki, bunun da 6 373-ü Bakı, Abşeron və Sumqayıt, 7 386-sı isə digər regionlara aiddir.
Apa.az