Ukraynanın populyar “Podrobnosti” internet portalı: Nə qədər ki, Yerevan işğal olunmuş Azərbaycan torpaqlarını qaytarmayıb, Bakı Ermənistanın blokadasını davam etdirəcəkdir

Posted by

Azərbaycan Prezidenti Administrasiyasının nümayəndəsi Elnur Aslanov bildirmişdir ki, nə qədər ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini azad etməyib, Bakı bu ölkənin iqtisadi blokadasını davam etdirəcəkdir. Bu sözlər fevralın 17-də Ukraynanın populyar “Podrobnosti” internet portalının “Nə qədər ki, Yerevan işğal olunmuş torpaqları qaytarmayıb, Bakı Ermənistanın blokadasını davam etdirəcəkdir” sərlövhəli materialında yer almışdır (http://podrobnosti.ua/power/2014/02/17/959379.html).

Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vurğulamışdır: “Bu gün Azərbaycan, Gürcüstan və Türkiyəyə ərazi iddiaları ilə çıxış edən, Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan nə qədər ki, təcavüzkar planlarından əl çəkməyib, qonşu ölkələrə münasibətdə konstruktiv siyasət yürütməyə başlamayıb, Bakı Yerevanı iqtisadi blokadada saxlayacaqdır”.

Ukrayna portalı E.Aslanovun Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi “ Azərbaycan-Gürcüstan-Türkiyə: üçtərəfli ittifaq və regional siyasətin gələcəyi” mövzusunda konfransda dediyi bu sözləri sitat gətirmişdir: “Azərbaycan ərazisinin 20 faizini işğal etmiş Ermənistan Türkiyənin Anadolu və Gürcüstanın Cavaxetiya bölgələrinə ərazi iddiaları irəli sürür”.

O demişdir: “Biz heç vaxt gizlətməmişik ki, Ermənistanda yaranmaqda olan ağır siyasi-iqtisadi vəziyyəti bu ölkənin yürütdüyü qeyri-konstruktiv siyasət doğurmuşdur”.

E.Aslanov bildirmişdir ki, Azərbaycan, Gürcüstan və Türkiyə bir-birinin ərazi bütövlüyünü və süverenliyini dəstəkləyir.

E.Aslanov vurğulamışdır: “Çox istərdik ki, həyata keçirdiyimiz qlobal regional layihələrə Ermənistan rəhbərliyi də qoşulsun. Elə vaxt gələcək ki, hazırda işğal olunmuş Xocalı, Şuşa və Xankəndidə Ermənistan rəhbərliyinin iştirakı ilə belə tədbirlər və konfranslar keçirəcəyik. Belə bir gün gəlib çatacaq. Biz bunun üzərində işləyirik”.

Elnur Aslanov demişdir: “Çox təəssüf ki, Qərbin bir sıra beynəlxalq təşkilatları Ermənistan-Türkiyə sərhədlərinin açılmasına çalışırlar. Biz bir daha Türkiyə tərəfinə minnətdarlığımızı bildiririk. Onun rəsmi nümayəndələri dəfələrlə bildirmişlər ki, nə qədər ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmayıb, nə qədər ki, Azərbaycanın zəbt edilmiş torpaqları işğaldan azad olunmayıb, Ankara Ermənistan ilə sərhədlərini açmayacaqdır”.

AzərTAc.az