Vergilər Nazirliyinin Çağrı Mərkəzində canlı əlaqə zamanı 21100 müraciət cavablandırılıb
Aprel ayında Vergilər Nazirliyinin Çağrı Mərkəzində canlı əlaqə zamanı 21100 müraciət cavablandırılıb.
Nazirliyin analitik informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, vergi ödəyiciləri 2879 dəfə vergi borcu, 1304 dəfə isə vergi növləri barədə məlumat əldə etmək üçün səsli menyu xidmətindən istifadə edib. Onlara 136474, o cümlədən 134399 qısa və 2075 ikitərəfli mesaj göndərilib. Aprel ayında Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 339899 daxilolma qeydə alınıb.
AzərTac.az