Özbəkistan və ABŞ siyasi məsləhətləşmələrin növbəti raundunu keçirəcəklər

Posted by

Özbəkistan və ABŞ siyasi məsləhətləşmələrin növbəti raundunu keçirəcəklərÖzbəkistan və ABŞ siyasi məsləhətləşmələrin növbəti raundunu keçirəcəklər

Özbəkistan və ABŞ siyasi məsləhətləşmələrin növbəti raundunu keçirəcəklər

Özbəkistan və ABŞ bazar ertəsi siyasi məsləhətləşmələrin növbəti raundunu keçirəcəklər, bu məsləhətləşmələr çərçivəsində ikitərəfli və regional xarakterli məsələləri müzakirə edəcəklər. Trend Özbəkistan XİN mətbuat xidmətinə istinadən bu barədə məlumat verir.

 

Cənubi və Mərkəzi Asiya işləri üzrə dövlət katibinin köməkçisi Nişa Desai Bisval tərəfindən rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Daşkəndə səfər edib.

 

Səfər zamanı ABŞ dövlət departamentinin nümayəndəsi, Özbəkistan hökumətində, Ali Məclisin Senatında, xarici iqtisadi əlaqələr, ticarət və investisiya nazirliyində görüşlər keçirəcək.

 

Nişa Desai Bisval ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya işləri üzrə köməkçisi vəzifəsinə 2013-ci ilin noyabrında təyin edilib. O, bu vəzifədə Robert Bleyki əvəz edib

 

Trend.az