Zakir Həsənov Bolqarıstan səfirinə regiondakı hərbi-siyasi vəziyyətdən danışdı
Noyabrın 4-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Bolqarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Maya Hristovanı qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Z.Həsənov səfirə regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Trend.az