YUNESKO Azərbaycanın Banqladeş və Qvatemalada qeyri-maddi mədəni irsin qorunması ilə bağlı təklifini bəyəndi

Posted by

YUNESKO Azərbaycanın Banqladeş və Qvatemalada qeyri-maddi mədəni irsin qorunması ilə bağlı təklifini bəyəndiYUNESKO Azərbaycanın Banqladeş və Qvatemalada qeyri-maddi mədəni irsin qorunması ilə bağlı təklifini bəyəndi

YUNESKO Azərbaycanın Banqladeş və Qvatemalada qeyri-maddi mədəni irsin qorunması ilə bağlı təklifini bəyəndi

2014-cü il 24 noyabr tarixində Qeyri-maddi mədəni irsin qorunması haqqında YUNESKO-nun 2003-cü il Konvensiyasının Hökumətlərarası Komitəsinin 9-cu iclasında ölkəmizin Banqladeş və Qvatemalada qeyri-maddi mədəni irsin qorunması üzrə səylərin artırılmasına dair iki layihənin həyata keçirilməsi üçün təklifi komitə tərəfindən dəstəklənib və yüksək qiymətləndirilib.

 

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu təşəbbüsə görə YUNESKO-nun katibliyi, Komitəninin prezidenti, həmçinin Banqladeş və Qvatemala nümayəndələri Azərbaycana öz təşəkkürlərini bildiriblər.

 

Maddi yardım Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Milli Məclisinin deputatı, YUNESKO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü və iştirakı ilə Azərbaycan və YUNESKO arasında 2013-cü ildə imzalanmış çərçivə sazişi əsasında təsis edilmiş Etimad Fondu vasitəsilə maliyyələşdiriləcək.

 

Tədbirdə çıxış edən ölkəmizin YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov Azərbaycanın YUNESKO-nun fəaliyyətinə yardımının ölkəmizin beynəlxalq səviyyədə mədəniyyətin inkişafına göstərdiyi xoşməramlı dəstəyinin təzahürü olduğunu bildirib.

 

Trend.az