Yunanıstanın Aİ Şurasında sədrliyi ilə əlaqədar Bakıda konsert keçiriləcək
Yunanıstanın Bakıdakı səfirliyi ölkənin Avropa İttifaqı Şurasında sədrliyi münasibətilə yanvarın 29-da konsert proqramı keçirəcək. Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.
Konsert proqramında “Trio Elegeia” qrupunun ifasında görkəmli yunan bəstəkarları – Manos Hacidakis, Nikos Skalkotas və Mikis Theodorakisin əsərləri ifa ediləcək.
Konsert Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında təşkil olunacaq.
Trend.az