Yunanıstan xarici işlər nazirinin Azərbaycana rəsmi səfəri başlayır
Yunanıstanın xarici işlər naziri Nikos Kotzias bu gün Bakıya rəsmi səfərə gəlir.
APA-nın Yunanıstan Xarici İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, N. Kotzias azərbaycanlı həmkarı Elmar Məmmədyarovla təkbətək və geniş tərkibdə görüşlər keçirəcək.
Görüşlərdən sonra mətbuat konfransı olacaq.
Fevralın 3-də Yunanıstan xarici işlər naziri Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcək, parlamentin sədri Oqtay Əsədov, Yunanıstan-Azərbaycan dostluq qrupunun sədri Natiq Əliyevlə görüşəcək.
Apa.az