Yuliya Timoşenko: “Rusiyanın Qara dəniz donanması Ukraynadan çıxarılmalıdır”

Posted by

Yuliya Timoşenko: “Rusiyanın Qara dəniz donanması Ukraynadan çıxarılmalıdır”

 

Yuliya Timoşenko: “Rusiyanın Qara dəniz donanması Ukraynadan çıxarılmalıdır”

Yuliya Timoşenko: “Rusiyanın Qara dəniz donanması Ukraynadan çıxarılmalıdır”

 

“Krımda baş verən hadisələr Xarkov razılaşmasının denonsasiya edilməsinin vacibliyini ortaya qoyur”.

 

APA-nın xəbərinə görə, bunu “Batkivşina” (Vətən) Partiyasının lideri Yuliya Timoşenko “BBC Ukrayna”ya müsahibəsində deyib. O bildirib ki, Rusiyanın Qara dəniz donanması müharibə və qeyri-sabitlik mənbəyidir. Xatırladaq ki, 2010-cu il aprelin 21-də Ukrayna və Rusiya prezidentləri Viktor Yanukoviçlə Dmitri Medvedev Rusiyanın Qara dəniz donanmasının Krımda qalma müddətinin 25 il uzadılması barədə müqavilə imzalayıblar.

Sabiq baş nazir 2009-cu ildə Rusiya ilə imzaladığı qaz sazişinə haqq qazandıraraq qeyd edib ki, Rusiya qazına görə real bazar qiymətlərinin ödənməsi Ukraynanın enerji müstəqilliyinə əsas yaradır: “Nə qədər ki, biz Kremllə siyasi qiymət üzərində razılıq əldə edəcəyik, Ukrayna heç vaxt müstəqil olmayacaq. Ona görə də biz daha əvvəl imzaladığımız sazişi yerinə yetirəcəyik. Bu saziş düzgün idi”.

Y.Timoşenko Ukraynada formalaşan yeni hakimiyyətin legitim olmadığına dair Rusiya prezidentinin bəyanatlarına da münasibət bildirərək bəyan edib ki, yeni hakimiyyət tam legitimdir və bütün dünya tərəfindən tanınıb: “Bu, onun subyektiv fikridir. Hesab edirəm ki, bu cür bəyanatlar Putinin Ukraynada öz təsirini saxlamaq üçün göstərdiyi ümidsiz cəhdlərdir. Kreml Ukraynanı ona tabe olan ərazi hesab etməyə son qoymalıdır. Artıq Ukraynada o cür siyasətçilər yoxdur ki, onların vasitəsilə Rusiya öz strategiyalarını və imperiya maraqlarını həyata keçirdin. Putin bununla barışmalıdır”.

 

Apa.az