Yol polisi pərdə və plyonkadan istifadənin müddətinin başa çatması ilə əlaqədar sürücülərə xəbərdarlıq edib
Respublika Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
İdarədə APA-ya verilən məlumata görə, sabahdan sürücülərə pərdə və plyonkadan istifadəyə verilmiş icazənin müddəti başa çatır.
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin AZS 122-2004 “Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi – Ümumi texniki şərtlər” dövlət standartına edilmiş dəyişikliklərlə bağlı nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyəti 70%-dən az olmaması müəyyənləşdirilib, həmçinin Azərbaycanın iqlim şəraitini nəzərə alaraq, hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilib.
Yol polisi xəbərdar edir ki, qaydalara əməl etməyən sürücülərə qarşı qanuni tədbir görüləcək.
Apa.az