“Yol hərəkəti haqqında” qanuna dəyişikliklər təsdiq edildi
Azərbaycan Prezidenti İlham Əliyev “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli Qanununun tətbiqi haqqında fərman imzalayıb.
Dəyişikliklərə əsasən, Qanunun 1-ci maddəsinə aşağıdakı məzmunda 53-cü bənd əlavə edilir:
“53) texnoloji nəqliyyat vasitəsi – küçə-yol şəbəkəsində istismar üçün nəzərdə tutulmayan, sənaye sahələrində müvafiq texnoloji proseslərin həyata keçirilməsi zamanı istifadə edilən, xüsusi texnoloji qurğu və avadanlıqlarla təchiz edilmiş nəqliyyat vasitəsidir.”.
4-cü bənd aşağıdakı redaksiyada verilir:
“4) texnoloji nəqliyyat vasitələrinin, habelə bu maddənin II hissəsinin 1-ci və 3-cü bəndlərində göstərilən nəqliyyat vasitələri istisna olmaqla, siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər mexaniki nəqliyyat vasitələrinin – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı;”.
Trend.az