Yeni tədqiqatların nəticəsi açıqlanıb

Posted by

Yeni tədqiqatların nəticəsi açıqlanıbYeni tədqiqatların nəticəsi açıqlanıb

Yeni tədqiqatların nəticəsi açıqlanıb

Azərbaycan Milli Elmlər Akademiyası Eroziya və Suvarma İnstitutu yeni tədqiqatının nəticəsini açıqlayıb.

 

İnstitutdan Trend-ə verilən məlumata görə, AMEA-nın Polimer Materiallar İnstitutu ilə birgə irriqasiya eroziyasına qarşı həmin institutda hazırlanmış Natrium-каrboksimеtil sellülozun 4%-li sulu məhlulu sınaqdan çıxarılıb. Birgə aparılmış tədqiqatlar subut edib ki, tətbiq olunan natrium-каrboksimеtil sellülozun 4%-li sulu məhlulu əsasən suvarılan boz-qonur torpaqların struktur-aqreqat tərkibini yaxşılaşdırıb. Belə ki, strukturəmələgətiricinin əsas göstəricisi olan > 1mm olan hissəciklərin miqdarı, eləcə də <0,25 mm-lik suyadavamlı aqreqatların miqdarı nəzarət variantına nisbətən çox olub.

 

Alınmış nəticələri nəzərə alaraq AMEA Polimer Materiallar İnstitutu tərəfindən yaradılan və yuxarıda adı qeyd olunan polimerin respublikamızın kənd təsərrüfatı məhsulları istehsalında istifadə olunan suvarılan torpaqların struktur-aqreqat tərkibinin yaxşılaşdırılması üçün müxtəlif relyef və torpaq şəraitlərində sınaqdan çıxarılmasını məqsədəuyğun hesab ediib. Bu sahədə tədqiqatların aparılmasına da ehtiyac olduğu hesab edilir.

 

Trend.az