Yaponiyanın “Fuji TV” televiziya kanalında Azərbaycana həsr edilmiş “dəyirmi masa” keçirilmişdir

Posted by

Yaponiyanın “Fuji TV” televiziya kanalında Azərbaycana həsr edilmiş “dəyirmi masa” keçirilmişdir

Yaponiyanın “Fuji TV” televiziya kanalında Azərbaycana həsr edilmiş “dəyirmi masa” keçirilmişdir

Yaponiyanın “Fuji TV” televiziya kanalında Azərbaycana həsr edilmiş “dəyirmi masa” keçirilmişdir

Azərbaycanın Yaponiyadakı səfirliyinin təşəbbüsü ilə “Fuji TV” televiziya kanalında “The World Meeting” proqramının əməkdaşlarının iştirakı ilə ölkəmizə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir.

Əvvəlcə kanalın beynəlxalq əlaqələr departamentinin rəisi Atsuşi Saito çıxış edərək, Azərbaycan haqqında qısa məlumat vermiş, “dəyirmi masa”da iştirakına görə səfirə minnətdarlığını bildirmişdir.

Sonra “Azərbaycan – gələcəyin ölkəsi” adlı videoçarx nümayiş etdirilmişdir.

“Dəyirmi masa”da səfir Gürsel İsmayılzadə Azərbaycan haqqında təqdimatla çıxış etmişdir. Diplomat ilk növbədə 2013-cü il oktyabrın 9-da keçirilmiş prezident seçkiləri haqqında seçkilərin azad, ədalətli və şəffaf şəkildə, qanun pozuntusu olmadan, demokratik qaydalara uyğun keçirildiyi, Azərbaycan xalqının səsvermə prosesində fəal iştirak etdiyi və texniki təminatın yüksək səviyyədə olduğu bildirilmişdir.

Dövlətimizin başçısı tərəfindən atılmış addımlar nəticəsində ölkəmizin son illərdə qazandığı böyük uğurlar barədə ətraflı məlumat verilmişdir. Azərbaycanın dövlət atributları, coğrafi mövqeyi, təbiəti, əhalisi, dini tolerantlığı, iqtisadiyyatı, enerji siyasəti, ölkəmizdə həyata keçirilən və gələcəkdə nəzərdə tutulan müxtəlif layihələr, son illərdə əldə olunmuş nailiyyətlər barədə ətraflı danışılmışdır.

Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı mühüm rol, hökumətin qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirdiyi, sənaye, turizm, kənd təsərrüfatı, alternativ və bərpa olunan enerji mənbələri sahələrində geniş imkanların mövcudluğu xüsusi qeyd olunmuşdur.

Zəngin mədəni-tarixi irsə və təbii sərvətlərə malik Azərbaycanda turizmin əksər növlərinin inkişaf etdirilməsi barədə də məlumat verilmişdir. Bu istiqamətdə reallaşdırılan genişmiqyaslı layihələrdən danışan səfir son illərdə Azərbaycanda inşa edilmiş beş ulduzlu otellər, istirahət mərkəzləri, o cümlədən “Şahdağ” Qış-Yay Turizm və “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət komplekslərinin istifadəyə verildiyini bildirmişdir. G.İsmayılzadə yer kürəsindəki 11 iqlim qurşağından 9-nun Azərbaycanda olmasının turistlər üçün əlverişli imkanlar yaratdığını qeyd etmişdir.

Səfir 2015-ci ildə Olimpiya Oyunlarının tarixində ilk dəfə Avropa Oyunlarının məhz Azərbaycanda keçiriləcəyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Daha sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, səbəbləri və danışıqlar prosesinin hazırkı durumu, münaqişənin həllində ölkəmizin tutduğu ədalətli mövqe barədə iştirakçılara ətraflı məlumat verilmişdir.

Sonda G.İsmayılzadə tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırmışdır.

Tədbir zamanı iştirakçılara yapon dilində nəşr edilmiş “İRS” jurnalının dördüncü buraxılışı paylanmışdır.

Bildirilmişdir ki, Azərbaycana həsr edilmiş “dəyirmi masa” barədə məlumat gələn ay kanalın məlumat bülletenində dərc edilərək Yaponiyada geniş yayılacaqdır.

 

AzərTac.az