Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün “İllüziya və kürəciklər” şou tamaşası nümayiş olundu

Posted by

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün "İllüziya və kürəciklər" şou tamaşası nümayiş olunduXüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün “İllüziya və kürəciklər” şou tamaşası nümayiş olundu

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün "İllüziya və kürəciklər" şou tamaşası nümayiş olundu

03 dekabr 2014-cü il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində “03 dekabr-Beynəlxalq Əlillər günü” münasibətilə Qaradağ Rayon İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün “İllüziya və kürəciklər” şou tamaşası nümayiş olundu.

 

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Problemləri şöbəsinin müdiri Cəmilə Bağırova, “Müşviq” adına Qaradağın Əlil Uşaqlara Yardım İctimai Birliyinin sədri Validə Abbasova xüsusi qayğıya ehtiyacı olan uşaqlar və valideynlər iştirak edirdi.

 

Giriş nitqi ilə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova BMT tərəfindən bütün dünyada keçirilən Beynəlxalq Əlillər Gününün ulu öndər Heydər Əliyevin sərəncamına əsasən 1994-cü ildən Azərbaycanda hər il qeyd edildiyini nəzərə çatdırdı. Bildirdi ki, ölkəmizdə sosial qayğıya ehtiyacı olan bütün insanlar kimi əlillər də daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunur, onların bütün problemlərinin həlli üçün zəruri tədbirlər həyata keçirilir. Əlillərin rifafının yaxşılaşdırılması, onların problemlərinin həlli möhtərəm Prezidentimiz İlham Əliyevin daim diqqət yetirdiyi məsələlərdəndir. Əlillərin sosial problemlərinin həlli, mənzil şəraitinin daha da yaxşılaşdırılması və pensiya müavinətlərinin artırılması sahəsində atılan məqsədyönlü addımlar bunun bariz nümunəsidir. Heydər Əliyev Fondu tərəfindən də əlillərin, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqların problemləri daim diqqətdə saxlanılır. Onlar üçün tələb olunan təhsil, səhiyyə ocaqları tikilir, yenilənir. Ölkəmizin hər yerində olduğu kimi, Qaradağ rayonunda da əlillərin diqqət və qayğı ilə əhatə edildiyini diqqətə çatdırdı.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Problemləri şöbəsinin müdiri Cəmilə Bağırova öz növbəsində komitə olaraq dövlət siyasətinin əsas strateji istiqamətlərindən birini xüsusi qayğıya ehtiyacı və əlilliyi olan uşaq və böyüklərin reabilitasiyası, ictimai həyatın bütün sahələrində iştirak etmək üçün onlara cəmiyyətdə bərabər imkanların yaradılmasının prioritet olduğunu vurğuladı.

 

Daha sonra çıxış edən “Müşviq” adına Qaradağın Əlil Uşaqlara Yardım İctimai Birliyinin sədri Validə Abbasova birliyin fəaliyyəti və nailiyyətlərindən danışaraq son zamanlarda əlilliyi olan uşaq və yeniyetmələrin cəmiyyətə daha çox inteqrasiya olunduqlarını onların müxtəlif növ ictimai, idman tədbirlərində daha fəal iştirak etdiklərini bildirdi. Bunun da onlarda böyük ruh yüksəkliyinin yaratdığını vurğuladı.

Tədbir “Müşviq” adına Qaradağın Əlil Uşaqlara Yardım İctimai Birliyinin uşaqları tərəfindən hazırlanan “Qıtqılıda”, “Can bala” və “Arşın mal alan” rəqs nömrələri ilə davam edərək “İllüziya və kürəciklər” şou tamaşası ilə yekunlaşdı.

 

Trend.az