Şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı səyyar xidmət keçirilib

Posted by

Daxili İşlər Nazirliyi tərəfindən son iki gündə məcburi köçkünlərin bir qrupuna şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı səyyar xidmət keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü və aidiyyatı ərazi polis orqanlarının müvafiq xidmət əməkdaşlarının iştirakı ilə Qubanın Xınalıq kəndində yaşayan sakinlərə, bir gün sonra, paytaxtın Nərimanov rayonunda Bakıda, Sumqayıtda, həmçinin, Abşeronda məskunlaşmış Füzulidən olan məcburi köçkünlərin bir qrupuna şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı səyyar xidmət keçirilib.

Xınalıq kəndindəki tədbir zamanı ümumilikdə 94 nəfərə yeni şəxsiyyət vəsiqələri təqdim edilib. Bakı şəhərində keçirilmiş səyyar xidmət nəticəsində isə 92 nəfər şəxsiyyəti təsdiqləyən yeni vəsiqələr alıb, 79 şəxsin isə müvafiq sənədləri qəbul olunub.

Trend.az