Xocalı soyqırımı haqqında Koreya dilində internet və facebook səhifəsi istifadəyə verilib
“Xocalıya Ədalət!” kampaniyası çərçivəsində Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin dəstəyi ilə “BUTA” Azərbaycan-Koreya Tələbə Təşkilatı tərəfindən Xocalı soyqırımı haqqında Koreya dilində “Khojaly Genocide” adlı internet və facebook səhifəsi istifadəyə verilib (www.khojaly.or.kr; www.facebook.com/KhojalyKR).
APA-nın məlumatına görə, saytda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranması səbəbləri, 26 fevral 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş Xocalı soyqırımı, dünya ölkələrinin parlamentləri və beynəlxalq ictimaiyyətin soyqırımı tanınması, hazırda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən irəli sürülmüş “Xocalıya Ədalət!” kampaniyası (“Justice for Khojaly” Campaign) haqqında məlumatlar, video və foto şəkillər yer alıb.
Apa.az