Xocalı Samsun Universitetində
Millət vəkili Qənirə Paşayeva Xocalı Soyqırımının ildönümü ilə əlaqədar Türkiyədə səfərdədir.
Bu gün millət vəkili Samsun 19 Mayıs Universitetinin müəllim və tələbələri qarşısında növbəti çıxışını edib. Universitetdə təhsil alan azərbaycanlı tələbə Lalə Nəzərovanın “Qafqazinfo”ya verdiyi məlumata görə, Qənirə xanım çxışında Xocalı faciəsinin bütün təffərrüatları haqqında məlumat verib.” O, bütün Azərbaycan adından türk dünyasını bu soyqırımı bir daha tanımağa və xatırlamağa çağırdı. Millət vəkili soyqırımın ildönümü ilə əlaqədar digər bölgələrə də səfər edəcəyini dedi. Qənirə xanımın çıxışı bütün tələbələrin ürəyincə oldu. Daha sonra tələbələrə “Xocalı soyqırımı” adlı kitab paylandı. Millət vəkili bizlə, azərbaycanlı tələbərlə görüşdü və onların problemləri ilə yaxından maraqlandı”.
Qeyd edək ki, Qənirə xanımın növbəti səfəri Giresun Universitetinə olacaq.
Qafqazinfo.az