Xocalı qurbanlarının xatirəsi Parisdə yad edilib

Posted by

Xocalı qurbanlarının xatirəsi Parisdə yad edilib

Xocalı qurbanlarının xatirəsi Parisdə yad edilib

Xocalı qurbanlarının xatirəsi Parisdə yad edilib

Fevralın 24-də Avropa Azərbaycan Cəmiyyətinin Fransadakı nümayəndəliyi Parisdə 18-ci əsrə aid tarixi abidə – “Église Saint-Roch” kilsəsində Xocalı anım konserti təşkil edib.

Trend-in Avropa Azərbaycan Cəmiyyətinə istinadən verdiyi məlumata görə, konsertə xarici diplomatlar, Azərbaycanın dostları və musiqi sevərlərdən ibarət 260 qonaq qatılıb. Konsert proqramında Azərbaycan və Avropa klassik musiqisinin zəngin nümunələri yer alıb. Bu əsərlər 1992-ci il fevralın 26-da Xocalıda baş vermiş qırğın zamanı 613 nəfər dinc sakinin xatirəsini ithaf olunub.

Konsertdən əvvəl Avropa Azərbaycan Cəmiyyətinin Fransadakı nümayəndəliyinin rəhbəri Eliza Piter tədbir iştirakçıları qarşısında çıxış edərək bildirib ki, Xocalı qətliamı gənc, müstəqil Azərbaycanın tarixində ən kədərli səhifədir. Biz həlak olmuş insanların xatirəsini heç zaman unuda bilmərik.

Sonra Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycanlı skripkaçı Sabina Rakçeyeva, suriyalı klarnet ustası Kinan Azmeh və “Solstiş Strinq” Kvartetinin müşayiəti ilə “Xocalı 613” adlı möhtəşəm əsərin simli kvartet üçün uyğunlaşdırılmış versiyası ifa olundu. Qeyd edək ki, Avropa Azərbaycan Cəmiyyətinin sifarişilə fransız bəstəkarı Pyer Tilloyun bəstələdiyi əsərin premyerası ötən il olmuş və müvafiq olaraq “Victoires de la Musique Classique”nüfuzlu mükafatına layiq görülmüşdür.

Konsert zamanı fransız bəstəkar Pyer Tilloyun dediklərindən: “Mən Azərbaycanın daimi ziyarətçilərindənəm və mənim qəlbimdə Azərbaycanın öz yeri var. Mən bu iki xalqın arasında barışığın olacağına inanıram və həlak olmuş insanların xatirəsini yad etmək üçün “Xocalı 613” adlı musiqi əsərini orkestr üçün bəstələmişəm. Bu əsrlə mən istədim ki, həmin dəhşətli gecədə həm cismani, həm də ruhu ilə əziyyət çəkmiş, hər şeyini, hətta ümidlərini belə itirmiş o qadın və kişilərin xatirəsini hərtərəfli yad edək. Biz bunu heç zaman unutmamalıyıq.”Anım konserti Böyük Britaniyada yaşayan azərbaycanlı skripkaçı Nəzrin Rəşidova və onun qadınlardan ibarət “FeMusa” ansamblının çıxışı ilə davam etdi.

Proqramda müasir azərbaycanlı bəstəkar Aqşin Əlizadənin “Muğam” adlı 4-cü simfoniyasından götürülmüş 3-cü hissənin Fransa premyerası səsləndirildi. 30 il bundan əvvəl bəstələnmiş bu əsərdə muğam ifaçılarının səsini, o cümlədən insan səsinə sözsüz keçid elementlərinin müasir kompozisiyası əks olunur.Bu tədbir zamanı Fransa polisi yerli erməni diasporasının radikal üzvlərinin təhdidi altında işləməli oldu ki, bu fakt da tədbirin daha da təmtəraqlı olmasından xəbər verir. Paris kilsəsində Fransız jandarmasının mühafizəsi altında Pier Tilloyun “Xocalı 613” əsəri ifa olunarkən xüsusilə kəskin idi.

Avropa Azərbaycan Cəmiyyətinin Direktoru Lionel Zetter öz çıxışında bildirdi: “Biz bu əzəmətli tədbirin problemsiz baş tutmasını təmin etdikləri üçün Fransa hökümətinə və yerli polisə çox minnətdarıq. Onlar planlaşdırdıqları kimi kilsəni mühasirəyə almaq əvəzinə, öz vərəqələrini yaxınlıqdakı metro stansiyalarında paylamağa məcbur qaldılar. Növbəti ilin fevralında Xocalı Anım mərasimini yenidən Parisdə keçirəcəyik.”

 

Trend.az