XIN: Türkiyənin Baş naziri Prezident ola bilər
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ölkə Prezidenti seçilə bilər. Bunu ölkənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib. Trend-in məlumatına görə, xəbəri cümə axşamı “Anadolu” agentliyi yayıb.
Onun sözlərinə görə, lakin Baş nazirin prezident seçkilərində iştirak üçün öz namizədliyini irəli sürüb-sürməyəcəyi hələlik məlum deyil.
Qeyd edək ki, Türkiyədə prezident seçkiləri bu il avqustun 10-na təyin edilib.
Trend.az