XİN: Azərbaycanın AŞ Nazirlər Komitəsində sədrliyi fəal və uğurlu olub

Posted by

XİN: Azərbaycanın AŞ Nazirlər Komitəsində sədrliyi fəal və uğurlu olubXİN: Azərbaycanın AŞ Nazirlər Komitəsində sədrliyi fəal və uğurlu olub

XİN: Azərbaycanın AŞ Nazirlər Komitəsində sədrliyi fəal və uğurlu olub

Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi olduqca fəal və uğurlu olub. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev ölkəmizin bu təşkilatda sədrliyinin başa çatmasını şərh edərkən deyib.

 

Onun sözlərinə görə, Azərbaycan əsas prinsiplər – qanunun aliliyi, insan haqlarının qorunması və demokratiyanın inkişafına öz töhfəsini verdi: “Korrupsiya ilə mübarizə Azərbaycanın təşkilatda sədrliyi üçün daha bir məkan oldu, Azərbaycan bu sahədə zəngin təcrübəsini Avropa Şurası ölkələri ilə bölüşüb”.

 

H.Hacıyev qeyd edib ki, Azərbaycan bu təşkilatda bir sıra təşəbbüslərlə çıxış edib: “Ölkənin Nazirlər Komitəsində sədrliyi dövründə tolerantlığa və mədəniyyətlərarası dialoq məsələlərinə xüsusi yer ayrılıb. Gənclər siyasəti fəaliyyətin daha bir sahəsi oldu. Azərbaycan digər beynəlxalq təşkilatlarla əməkdaşlığı da genişləndirdi”.

 

Qeyd edək ki, Azərbaycan təşkilatda 6 ay sədrlik edib və ötən cümə axşamı sədrliyi Belçikaya ötürüb.

 

Trend.az