Xarici işlər nazirləri Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə baxış keçiriblər
Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Mixail Canelidze Tbilisidə keçirilən görüşdən sonra Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə baxış keçiriblər.
Nazirlər bu məqsədlə fevralın 19-da Gürcüstanın Kartsax məntəqəsinə gəliblər. Sonra onlar qatarla Gürcüstan ərazisindən Türkiyəyə keçiblər.
AZƏRTAC