Vüqar Gülməmmədov: “Hesablama Palatası 2013-cü ilə dair hesabatındakı hər bir cümlənin arxasındadır”

Posted by

“Hesablama Palatası 2013-cü il fəaliyyəti ilə bağlı hesabatındakı hər bir cümlənin arxasındadır”.

“APA-Economics”in xəbərinə görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Onun sözlərinə görə, sədrlik etdiyi qurum heç bir məlumatı təkzib etməyib: “Hesablama Palatası yalnız onu göstərib ki, Hesablama Palatasının fəaliyyəti haqqında hesabata istinadən edilən bəzi məsələlərdən çıxan nəticələrdən razı deyil. Ona görə də məcbur olub Xarici İşlər Nazirliyi və Gənclər və İdman Nazirliyi ilə bağlı verilən məlumatların yanlış olduğu ilə bağlı şərh verib”.

O qeyd edib ki, ötən il Hesablama Palatasının audit tədbirləri nəticəsində inzibati hüquqpozmalar, korrupsiya ilə bağlı faktlara görə üç audit tədbiri Korrupsiyaya Qarşı Mübarizə Komissiyasına təqdim edilib: “Digər audit tədbirləri nəticəsində korrupsiya hallarına rast gəlinməyib”.

Apa.az