Vladimir Putin Rusiyanın Krımın müstəqilliyini tanıması barədə fərman imzalayıb
Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Krım Respublikasının tanınması haqqında” fərman imzalayıb. Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat xidməti məlumat verib.
“Krım xalqının ümumkrım 2014-cü il, 16 mart tarixli referendumdakı iradəsini nəzərə alaraq, Krım Respublikası suveren, müstəqil dövlət kimi tanınsın”, – Putinin fərmanında belə deyilir.
Sənəddə Sevastopol şəhərinin Krım Respublikasında xüsusi statusa malik olması da bildirilir.
Trend.az