Vergilər naziri Sabirabad şəhərində vətəndaşları qəbul etmişdir

Posted by

Vergilər naziri Sabirabad şəhərində vətəndaşları qəbul etmişdir

Vergilər naziri Sabirabad şəhərində vətəndaşları qəbul etmişdir

Vergilər naziri Sabirabad şəhərində vətəndaşları qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciət, ərizə və şikayətlərinin müsbət həll edilməsi üçün müvafiq tədbirlər görürlər.

AzərTAc xəbər verir ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq aprelin 24-də vergilər naziri Fazil Məmmədov Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzində Saatlı, Salyan, Sabirabad və Hacıqabul rayonlarından olan 40-dan çox vətəndaşı qəbul etmişdir.

AzərTAc xəbər verir ki, nazirliyin idarə və departament, həmçinin tabeli qurumlarının rəhbərlərinin də iştirak etdikləri qəbulda vətəndaşların müraciətləri əsasən vergilərin hesablanması, ödənilməsi, nəzarət kassa aparatlarının tətbiqi, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, kiçik sahibkarlığa güzəştli kreditlərin verilməsi, vergi orqanlarına işə qəbul və digər məsələlərlə bağlı olmuşdur.

Nazir Fazil Məmmədov hər bir vətəndaşın müraciətini diqqətlə araşdırmış və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun surətdə həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar vermişdir.

Müraciətlərin bir qismi yerindəcə həllini tapmış, nazirliyin səlahiyyətlərinə aid olmayan digər məsələlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınmış və nəzarətə götürülmüşdür.

 

AzərTac.az