“Valideyn himayəsindən məhrum olmuş uşaqların cəmiyyətə adaptasiyasına dəstək üçün futbol turnirinin təşkili” layihəsi yekunlaşmaq üzrədir

Posted by

“Valideyn himayəsindən məhrum olmuş uşaqların cəmiyyətə adaptasiyasına dəstək üçün futbol turnirinin təşkili” layihəsi yekunlaşmaq üzrədir“Valideyn himayəsindən məhrum olmuş uşaqların cəmiyyətə adaptasiyasına dəstək üçün futbol turnirinin təşkili” layihəsi yekunlaşmaq üzrədir

“Valideyn himayəsindən məhrum olmuş uşaqların cəmiyyətə adaptasiyasına dəstək üçün futbol turnirinin təşkili” layihəsi yekunlaşmaq üzrədir

“Valideyn himayəsindən məhrum olmuş uşaqların cəmiyyətə adaptasiyasına dəstək üçün futbol turnirinin təşkili” layihəsi yekunlaşmaq üzrədir

“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə keçirdiyi “Valideyn himayəsindən məhrum olmuş uşaqların cəmiyyətə adaptasiyasına dəstək üçün futbol turnirinin təşkili” layihəsi yekunlaşmaq üzrədir. Bugün layihənin nə dərəcədə effektivliyinin qiymətləndirilməsi üçün layihənin mətbuat konfransı keçirilmişdir. Mətbuat konfransında layihə rəhbəri və sosial işçi çıxış edərək bildirmişdilər ki, layihənin əsas məqsədini valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş internat məktəblərində yaşayan və təhsil alan gənclər arasında idman oyunlarına maraq oyatmaqla, onları gələcəkdə pis vərdişlərdən, cinayətkar əməllərdən uzaqlaşdırmaq, dövlətimiz tərəfindən bütün gənclərə bərabər hüquqlu imkanlar təmin edilməsini nəzərə alaraq, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş gənclərin sosial müdafiəsini təmin etmək və onların cəmiyyətdən təcrid olunmadıqlarını göstərməkdir. Layihə çərçivəsində 4 internat və 4 orta məktəb müəssisəsi olmaqla ümumilikdə 80 nəfərə yaxın gənclər arasında “mini futbol turniri” təşkil edilmişdir.

Mətbuat konfransı iştirakçıları Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən bu tip layihələrin maliyyələşdirilməsinin vacibliyini və əhəmiyyətli olduğunu bildirdilər.

Layihə gedişatında Azərbaycan Respublikası Təhsil Nazirliyi başda olmaqla bir neçə dövlət qurumları ilə danışıqlar aparılmışdır. Danışıqlar nəticəsində “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil” Respublika İdman Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində mini-futbol üzrə ənənəvi “Dostluq turniri”nin Əsasnaməsi hazırlanmışdır. Yarışlara Bakı şəhər 130, 183, 230, 237 nömrəli orta ümumtəhsil və 1, 2, 11 və 12 nömrəli internat məktəblərinin 7-10-cu sinfində oxuyan oğlanlardan ibarət komandalar dəvət olunmuşdur.

“Dostluq turniri”nin nəticələri:

I yer – 2 saylı internat məktəbi

II yer-11 saylı internat məktəbi

III yer-230 nömrəli orta məktəb

Turnirin sonunda bütün iştirakçılara “Dostluq turniri”ndə iştiraka görə, qaliblərə isə müvafiq olaraq I,II,III yerlər tutduqlarına görə diplomlar və kuboklar təqdim edilmişdir.

Nəticədə, layihə valideyn himayəsindən məhrum olmuş gənclərin də bizlərdən biri olduğunu, onların digər orta məktəb uşaqlarından heç də fərqlənmədiklərini və bərabər hüquq və imkanlara malik olduqlarını hiss etməyə kömək olmuşdur.