Vaşinqtonda Azərbaycanın biznes mühiti və investisiya imkanlarına həsr olunmuş tədbir keçirilmişdir

Posted by

Vaşinqtonda Azərbaycanın biznes mühiti və investisiya imkanlarına həsr olunmuş tədbir keçirilmişdirVaşinqtonda Azərbaycanın biznes mühiti və investisiya imkanlarına həsr olunmuş tədbir keçirilmişdir

Vaşinqtonda Azərbaycanın biznes mühiti və investisiya imkanlarına həsr olunmuş tədbir keçirilmişdir

9 dekabr 2014-cü il tarixində Vaşinqton şəhərində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) ABŞ Nümayəndəliyinin dəstəyi ilə “Diplomacy Matters Institute” qeyri-kommersiya təşkilatı tərəfindən Azərbaycanın biznes mühiti və investisiya imkanlarına həsr olunmuş tədbir keçirilmişdir.

 

Tədbirdə ABŞ-ın Dövlət Departamenti və Kommersiya Departamentinin rəsmiləri, Vaşinqtondakı diplomatik korpus, akademik dairələr və yerli şirkətlərin nümayəndələri iştirak etmişlər.

 

Tədbirə əsas natiq qismində dəvət edilmiş səfir Elin Süleymanov Azərbaycanın iqtisadi uğurları, həyata keçirilən iri layihələr, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti barədə iştirakçılara geniş məlumat vermişdir.

 

Beynəlxalq maliyyə institutları tərəfindən hazırlanan hesabatlarda biznes mühitinin yaxşılaşdırılması istiqamətində Azərbaycanın ən islahatçı ölkələrdən biri elan edildiyini qeyd edən diplomat ölkə iqtisadiyyatının şaxələndirilməsinin, o cümlədən qeyri-neft sektorunun inkişaf etdirilməsinin əsas prioritetlərdən olduğunu söyləmişdir. Bildirilmişdir ki, son on ildə ölkə iqtisadiyyatına 150 milyard dollar sərmayə qoyulmuş, strateji valyuta ehtiyatları 50 milyard dolları keçmiş, 1 milyondan çox yeni iş yeri açılmış, sahibkarlığın inkişafı ilə bağlı mühüm tədbirlər görülmüşdür.

 

Azərbaycanın kosmik dövlətlər siyahısına daxil olduğunu, enerji, nəqliyyat və İKT sahəsində həyata keçirilən regional layihələrin təşəbbüskarı və iştirakçısına çevrildiyini xüsusilə vurğulayan səfir E.Süleymanov Avropanın enerji təhlükəsizliyinin təmin olunması və bölgənin tranzit potensialının, eləcə də informasiya texnologiyalarına çıxış imkanlarının artırılmasında Azərbaycanın vacib rol oynadığını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

 

Tədbir Azərbaycanın iqtisadiyyatına dair AZPROMO tərəfindən hazırlanmış təbliğat materialları paylanılmış, ölkəmizdə istehsal olunan və ABŞ bazarına ixrac olunan Azərbaycan malları nümayiş etdirilmişdir.

 

Trend.az