Vaan Martirosyan: “Dağlıq Qarabağda referendum keçirilsə, əhali Azərbaycana birləşmək üçün səs verəcək”

Posted by

Vaan Martirosyan: “Dağlıq Qarabağda referendum keçirilsə, əhali Azərbaycana birləşmək üçün səs verəcək”Vaan Martirosyan: “Dağlıq Qarabağda referendum keçirilsə, əhali Azərbaycana birləşmək üçün səs verəcək”

Vaan Martirosyan: “Dağlıq Qarabağda referendum keçirilsə, əhali Azərbaycana birləşmək üçün səs verəcək”

“Dağlıq Qarabağda referendum keçirilsə, əhali Azərbaycana birləşmək üçün səs verəcək. Əlbəttə ki, Bako Saakyan və Serj Sarkisyan müdaxilə etməsə”.

 

APA-nın məlumatına görə, bu sözləri Azərbaycandan sığınacaq istəyən Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan Bakıda keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Şuşa şəhərinə milyonlarla dollar xərclənsə də, şəhərdə adam yoxdur: “Qalanlar da yalnız yaşlılardır. Gənc yoxdur. Xankəndində axşam gəzsəniz, görərsiniz ki, yaşayış binasında bir işıq yanır. Bu münaqişə Sarkisyan hakimiyyətinin marağındadır. Onlar erməni deyil. Onlar erməniləri sevmirlər”.

 

V. Martirosyan erməni xalqının indi yaşadığı kimi yaşamasını istəmədiyini söyləyib: “Mən vətənimi sevirəm. Azərbaycan mediasından başqa heç kəs Sarkisyanın cinayətkar hakimiyyətinin elədiklərini dünyaya çatdıra bilməz. Ermənistanda insanlar hansısa Afrika ölkəsindən daha pis yaşayır. Yalnız İrəvanın mərkəzi küçəsində görüntü naminə ofislər var, iş gedir, otellər mövcuddur. Bir kilometr kənarlaşdıqda isə görürsən ki, insanlar acdılar. Dağılmış binalar var. Ən kasıblar isə Dağlıq Qarabağ müharibəsi veteranlarıdır. Ermənistanda iş tapanda buna möcüzə kimi baxırlar. 80 dollar pensiya verilir və bununla cəmi iki dəfə marketə girmək olar. Mənim nənəm vəzifədə işləyib, 100 dollar pensiya alır. Ona oliqarx kimi baxırlar. Kiməsə yardım yoxdursa, o, yaşaya bilməz. Hər yerdə korrupsiya, rüşvət hökm sürür”.

 

V. Martirosyan Azərbaycandakı BMT və Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin ofislərinə müraciət etdiyini söyləyib: “Xahiş edirəm ki, Ermənistanla hansısa formada əlaqə saxlasınlar. Mənim anam orada qalıb. Həyat yoldaşımın ailəsi var. Bilmirəm, hakimiyyət onlarla necə rəftar edəcək. Onların vəziyyətinin yoxlanılmasını istəyirəm”.

 

Qeyd edək ki, Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib. O, rəhbərlik etdiyi müxalif yönümlü qurumun fəaliyyətinə görə Ermənistanda dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərin təzyiqlərinə məruz qalıb. V. Martirosyan özünün və ailəsinin şəxsi təhlükəsizliyi ilə əlaqədar həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə Ermənistandan qaçaraq, Azərbaycana gəlib.

 

Apa.az