V Bakı Beynəlxalq Humanitar Forumu “dəyirmi masa”larla işini davam etdirir
Beşinci Bakı Beynəlxalq Humanitar Forumu sentyabrın 30-da “dəyirmi masa”larla işini davam etdirir.
Forumun “Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru”, “Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu”, “Davamlı inkişaf və ekoloji sivilizasiya”, “Molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibb sahəsində kadr hazırlığı məsələləri: innovativ və etik problemlər”, “Texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar: XXI əsrin əsas çağırışları”, “İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi” mövzularında “dəyirmi masa”larında mövzular üzrə çıxışlar olacaq, müzakirələr aparılacaq.
AZƏRTAC