UNESCO-da Beynəlxalq Novruz günü qeyd olunacaq
UNESCO-da Beynəlxalq Novruz günü qeyd olunacaq.
Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyindən APA-ya verilən məlumata görə, Azərbaycan və Türkiyənin nümayəndəlikləri tərəfindən təşkil olunmuş Novruz yaz festivalı UNESCO-nun Parisdəki mənzil-qərargahında keçiriləcək.
Qeyd edək ki, 2009-cu ildə Novruz bayramı UNESCO-nun qeyri-maddi mədəni irs nümunələrinin reprezentativ siyahısına daxil edilib. 2010-cu ilin fevralın 23-də Azərbaycan, Albaniya, Əfqanıstan, Makedoniya, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Türkiyənin təşəbbüsü ilə BMT Baş Assambleyası martın 21-ni Beynəlxalq Novruz günü elan edib.
Apa.az