UNICEF-lə əməkdaşlıq proqramının 2016-cı il üzrə icmal görüşü keçirilir
Yanvarın 30-da Azərbaycan hökuməti ilə BMT Uşaq Fondunun əməkdaşlıq proqramı çərçivəsində görülmüş işlərin icmalı və qarşıda duran məsələlərin müzakirəsinə həsr olunmuş görüş keçirilir.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qurumun BMT-nin Uşaq Fondu ilə əməkdaşlığı çərçivəsində erkən nikah halları və qızların təhsildən yayınmasının qarşısının alınması, yeni doğulmuş uşaqların qeydiyyatı ilə bağlı, küçə uşaqlarının vəziyyətinə dair keçirilən təhlil barədə məlumat verdi.
Görüşdə UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvard ölkəmizdə uşaqların hüquqlarının müdafiəsi sahəsində müxtəlif təlimlər, treninqlər təşkil edilməsini yüksək qiymətləndirib.
AZƏRTAC