Ukraynanın Donetsk vilayətində əhalinin 89,7 faizi vilayətin sərbəstliyinə 89,7 faizi səs verib
Ukraynanın Donetsk vilayətində keçirilən referendumda vilayətin sərbəstliyinə seçicilərin 89,7 faizi səs verib.
APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu rəqəmləri qondarma Donetsk xalq respublikası MSK-sının sədri Roman Lyaqin açıqlayıb.
O bildirib ki, Donetsk vilayətinin sərbəstliyinin əleyhinə 10,19 faiz səs verib.
Eyni zamanda bildirilir ki, hələlik rəsmi məlumatlar yoxdur, çünki səslərin sayılmasına indi başlanılıb.
Yekun prtokol bu günün yarısında hazırlanacaq.
Apa.az