Ukrayna Rusiyadakı səfirini geri çağırır
Ukrayna Rusiyadakı səfiri Vladimir Yelçenkonu məsləhətləşmələr üçün geri çağırır.
Trend-in “Ukrinform”a istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin şərhində deyilir.
Məlumatda bildirilir: “Krımla bağlı vəziyyətlə və onun beynəlxalq aspektlərini müzakirə etmək zərurəti ilə əlaqədar Ukrayna Rusiyadakı səfirini geri çağırır”.
Trend.az