TürkPA: Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bütün türk dünyası üçün böyük qürurdur

Posted by

TürkPA: Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bütün türk dünyası üçün böyük qürurdurTürkPA: Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bütün türk dünyası üçün böyük qürurdur

TürkPA: Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bütün türk dünyası üçün böyük qürurdur

“Azərbaycan dünyada baş verən çətinliklərə baxmayaraq, dinamik inkişaf edən iqtisadiyyata malik və firavan cəmiyyəti olan ölkəyə çevrilib. Bu baxımdan birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bütün türk dünyası üçün böyük qürurdur. Biz bu Oyunlara tam dəstəyimizi ifadə edirik”.

 

Trend xəbər verir ki, bunu Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Jandos Asanov bu gün Azərbaycan Parlamentində TürkPA-nın fəaliyyəti barədə hesabat verərkən deyib.

 

Milli Məclisdə çıxış edən J.Asanov Avropa Oyunlarının yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib: “Biz çox məmnunuq ki, TürkPA-nın üzvü olan Azərbaycan bütün çətinliklərə baxmayaraq, Avropa Oyunlarının keçirilməsi kimi çətin missiyanı öz üzərinə götürüb. Bu, tək Azərbaycan üçün deyil, həm də bütövlükdə türk dünyası üçün əlamətdar bir tədbirdir. Əminəm ki, Avropa Oyunları zəngin mədəni irsə malik Azərbaycanda yüksək səviyyədə keçiriləcək”.

 

Apa.az