Türkiyənin xarici işlər naziri Azərbaycana gəlir
Türkiyənin xarici işlər naziri Feridun Sinirlioğlu Azərbaycana səfərə gələcək. Bu barədə Trend ANKA agentliyinə istinadən xəbər verir.
Səfər sentyabrın 15-16 tarixlərində baş tutacaq.
Səfər çərçivəsində ikitərəfli əlaqələrin inkişafı, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirə ediləcək.
Trend.az